Məşhur moda evi “Carven”in yaradıcısı Mari-Luiz Karven 105 yaşında Parisdə dünyasını dəyişib.
Cia.az xarici mətbuata istinadən xəbər verir ki, Karven evində keçinib.
Qeyd edək ki, Mari-Luiz Fransada ilk moda evini 1945-ci ildə açıb. Həmin dövrün tanınmış modelləri və aktrisaları, müğənnilər məhz “Carven” moda evindən geyiniblər.
Müğənni Edit Piaf isə oranın məşhur müştərilərindən olub. Moda evinin özəlliyi ondan ibarət idi ki, orada geyimlər əsasən miniatür qadınlar üçün nəzərdə tutulmuşdu. Çünki Marinin özünün cəmi 155 santimetr boyu var idi. “Air France” avia-şirkətinin stüardessaları da 1978-ci ildən “Carven”dən geyinirlər.
Cia.az
