|
Ukrayna hökuməti təcili iclas çağırdı

Ukrayna hökuməti Kiyev vilayətindəki neft bazasında baş verən yanğınla bağlı təcili iclas çağırıb.

Bu haqda "Twitter" hesabında baş nazirin səlahiyyətlərini icra edən Vyaceslav Kirilenko yazıb.

Ukraynanın baş naziri Arseniy Yatsenyuk ABŞ-da 3 günlük rəsmi səfərdə olduğundan səlahiyyətlərini Kirilenko icra edir.

İyunun 8-də Vasilkiv şəhərinin ətrafındakı neft bazasında başlayan yanğın 16 yanacaq çəninə yayılıb və bir neçə güclü partlayış baş verib. Son məlumatlara görə, 1 nəfər ölüb, 12 nəfər xəsarət alıb.

Ətrafda yaşayan sakinlər ərazidən köçürülür. Ölkənin bir sıra vilayətlərindən xilasedici və yanğınsöndürən qüvvələr cəlb olunub. Daxili işlər nazirliyinin məlumatına görə, yanğın texniki səbəbdən baş verib.



Ukrayna Milli Təhlükəsialik və Müdafiə Şurasının məlumatına görə, bu bazada 14 min tona yaxın neft məhsulları var.

Cia.az