Prezident İlham Əliyev, Azərbaycanın birinci xanımı, “Bakı-2015” Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri iyunun 9-da Atletlər Kəndində olublar.
Burada dövlət başçısı Azərbaycanı birinci Avropa Oyunlarında təmsil edəcək idmançılarla görüşüb.
Qeyd edək ki, “Bakı-2015” Avropa Oyunları 50 Milli Olimpiya Komitəsini birləşdirən Beynəlxalq Olimpiya Təşkilatı tərəfindən keçirilir.
12-28 iyun tarixləri arasında keçiriləcək Oyunlarda 50 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançının yarışacağı gözlənilir.
Cia.az
