|
10 ildən sonra 10 milyon 970 min 300 nəfər olacağıq

10 ildən sonra Azərbaycanda əhalinin sayı 10 milyon 970 min 300 nəfər olacaq.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov BMT-nin Əhali Fondunun Türkiyədəki nümayəndəsi və Azərbaycan, Ermənistan, Gürcüstan üzrə regional direktoru Zahidul Haqla görüşündə bildirib.

Nazir deyib ki, 2005-2015-ci illərdə əhali 1 milyon 145 min 600 nəfər arıb. Hazırda ölkə əhalisinin sayı 9,6 milyondan çoxdur. Əhalinin illik artım tempi 1,3 faiz təşkil edir. Proqnoza əsasən,  2025-ci ildə Azərbaycanda doğulanların sayı 205 300 nəfərə çatacaq.

S.Müslümov körpə və uşaq ölümü ilə bağlı da danışıb.

Qeyd edək ki, Azərbaycanda 2015-2025-ci illəri əhatə edən növbəti “Azərbaycan Respublikasının demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı” layihəsi həyata keçirilir.

Cia.az