Bu gün ATV telekanalında araşdırmaçı-jurnalist, haqqin.az və virtualaz.org saytlarının təsisçisi Eynulla Fətullayevin “Qərib Qərb” (“Чуждый Запад”) seriyasından olan ikinci sənədli filminin nümayişi olub.
İsveç polisi müdafiəsiz miqrant uşaqlarını niyə döyür? Kopenhagen, Stokholm və Oslo küçələri nəyə görə Şərqi Avropadan olan evsiz-eşiksiz qaçqınlarla doludur? İsveçdə siyasi qətllərin üstü niyə açılmır? Korrupsiya qalmaqalları Skandinaviyanı necə silkələyir? Faşistlər parlamentdə niyə onlarla deputat mandatı əldə edir?
E.Fətullayevin ikinci filmində bütün bu suallara cavab tapmaq mümkün olacaq. Filmi təqdim edirik.
Cia.az
