|
Gözəl qocalmağın 9 yolu

Çoxları gözəl qocalmağı mif hesab edir. Amma bu gün yaşı 60, hətta 70-i keçən elə insanlar var ki, özlərindən yaşca daha kiçiklərdən cazibədar görünürlər. Bəs bunu onlar nəyə borcludurlar? 

1. İdman - 30 yaşdan sonra əzələ kütləsi azalmağa başlayır. Buna görə də müntəzəm olaraq idman və iradə lazımdır. 
 
2. Stress - çoxsaylı araşdırmalar göstərir ki, stress qocalma prosesini sürətləndirir. Hüceyrələri məhv edir. 
 
3. Təəssüf - əgər siz daim keçmişlə yaşayırsınızsa, gələcəyə hərəkət etmək çox çətin olacaq. 
 
4. Maraq - hər gün nə isə yeni bir şey öyrənməyə çalışanların həyata sevgisi də çox olur.
 
5. Makiaj - çoxları düşünür ki, yaş artdıqca makiaj da artmalıdır. Lakin ehtiyatlı olun, artıq krem ənlik sizi olduğunuzdan da yaşlı göstərə bilər. 
 
6. Pozitiv - xəstəlik, yaşla bağlı uzun-uzadı şikayətlər etmək olar. Daha yaxşı olar ki, immun sistemini möhkəmləndirəsiniz və pozitiv olasınız. 
 
7. Sağlam yuxu - alimlər də keyfiyyətli yuxunu gəncliyin əsas səbəblərindən biri hesab edirlər. Gün ərzində ən azı 7 saat yatmaq məsləhətdir. 
 
8. Düzgün qida - qidalanma dərinin görünüşünə ən çox təsir edən amillərdən biridir. 
 
9. Obraz - illər keçdikcə xarici görünüşümüz dəyişir. Bəziləri bunun qarşısını almaq üçün əlindən gələni edir, bəziləri isə hər yaşın öz gözəlliyi var deyib, təbiiliyi qoruyur. 
Cia.az