|
Sədrlik Azərbaycandan Belçikaya verildi

Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə (AŞNK) sədrliyi rəsmi şəkildə Belçikaya təhvil verib.

APA-nın məlumatına görə, bununla bağlı Strasburqda toplantı keçirilib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iclasda çıxış edərək, Azərbaycanın AŞNK-ya sədrliyinin yekunlarına dair hesabat təqdim edib.

Xatırladaq ki, Azərbaycan son 6 ay müddətində AŞNK-ya sədrlik edib.