|
Məşəl idman arenalarını dolaşır

Bu həftə paytaxt Bakı, tarixdə ilk dəfə olaraq keçiriləcək oyunlara ev sahibliyi edəcək.

Açılışı möhtəşəm olacaq ilk Avropa Oyunlarına son 4 gün qalır. Bu müddətdə isə alov çırağı, Avropa Oyunlarının keçiriləcəyi idman arenalarını dolaşmaqdadı.

İlk olaraq məşəl Heydər Əliyev idman kompleksində alovlandırıb. Burada məşəlçi, güləş üzrə olimpiya oyunlarının iki qat mükafatçısı, dünya və avropa çempionu Mariya Stadnik olub. İndi isə məşəl milli gimnastika arenasındadı. Burada isə məşəldar milli gimnastımız, Avropa və Azərbaycan çempionu Mariya Durundadır.

Günün sonunda isə məşəl “Bakı Kristal Zal”a aparılacaq. Alov çırağını “Bakı Kristal Zal”da boks üzrə, iki qat dünya və avropa çempionu, olimpiya oyunlarının mükafatçısı Məhəmməd Rəsul Məcidov alovlandıracaq. 

Ümumilikə ilk Avropa Oyunları 12-26 iyun tarixləri arasına 18 idman arenasında keçiriləcək.

Cia.az