|
Deputatdan internet üsyanı

Azərbaycanlı deputat Fazil Mustafadan internet üsyanı.
ANS PRESS-in məlumatına görə, deputat sosial şəbəkə vasitəsilə internetin xəbərsiz kəsilməsinə etiraz edib.

"Qəribədir, yolu necə bağlayanda xəbərdar etmirlər ki, insanlar tıxaca düşüb əziyyət çəksinlər, interneti də eyni qaydada bağlayırlar ki, insanların iş planı alt-üst olsun. Görən bunun heçmi xəbərdarlıq mexanizmi yoxdur? İtirilən saatlara görə ödədiyimiz pulun konpensasiyası necə olacaq? Axı aylığı ödəməyəndə interneti dərhal kəsirlər".

Fazil Mustafa bir çox dövlət qurumlarının işləmə prinsipinin tamamilə bir-birinə oxşadığını da qeyd edib.