|
Ərdoğandan seçki sonrası ilk -

Türkiyə prezidenti Rəcəb Tayyub Ərdoğan parlament seçkilərindən sonra ilk dəfə olaraq açıqlama verib. 

Ərdoğan seçkidən sonra yeni  proseslərin başladığını və sabitliyin qorunması üçün siyasi partiyaların həssaslıq göstərməli olduğunu bildirib:

“Seçkilərdə iştirakçı sayının çoxluğu əziz millətimizin iradəsinin sandıqda öz əksini tapması və demokratiya məsələsində qərarlılığının ifadəsidir. Nəticənin heç bir partiyaya tək başına iqtidar olmaq imkanı vermədiyi bir durumda yarışa qatılan bütün partiyaların bunu sağlam və real dəyərləndirmə kimi qəbul edəcəklərinə inanıram. Nəticənin ölkəmiz üçün xeyirli olmasını diləyirəm”. 

Cia.az