|
Ərdoğana mahnı həsr edən müğənni deputat oldu-

Türkiyədə keçirilən 25-ci parlament seçkilərində müğənni Uğur Işılak deputat seçilib. 

Cia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, AK partiyanın millət vəkili namizədi olan sənətçi məclisə girməyi bacarıb. 

İstanbul 3-cü regiondan  MHP-nin millət vəkili namizədi olan aktyor Mehmet Aslan və  İstanbul 2-ci bölgədən müstəqil olaraq depuatatlığa namizəd olan müğənni Metin Şentürk məclisdən kənarda qalıb. 

Qeyd edək ki, Uğur Işılak ötən il AKP-nin seçkilərdəki təşviqat mahnısı olan "Dombra"nı oxuyub.

Könül

Cia.az