Türkiyə mətbuatı baş nazir Əhməd Davudoğlunun ötən ay seçkinin nəticələri ilə bağlı Hataydakı mitinqində verdiyi açıqlamasını yenidən gündəmə gətirib.
Cia.az xəbər verir ki, həmin çıxışın yenidən gündəmə gəlməsinə səbəb isə Davudoğlunun “iyunun 8-i iqtidar ola bilməsək istefa edəcəm” deyə verdiyi açıqlaması olub.
Son hesablamaya görə, hakim Ədalət və İnkişaf Partiyası (AKP) 40,85% səs qazanaraq böyük ehtimalla tək başına iqtidar ola bilməyəcək.
Davudoğlu Hatay mitinqində, həmçinin İngiltərədə keçirilən seçkiləri və uduzan müxalifət liderlərinin istefa verdiklərini xatırladıb və iyunun 7-si az səs toplayacaq liderləri istefaya çağırmışdı:
“Dəmirtaş, Kılıçdaroğlu, Baxçalı, mən hazıram. Mümkün deyil, amma seçimi uduzsaq səhərisi gün istefa edəcəm. Siz öz kreslolarını buraxmağa hazırsınız? Hataylılar şahid olsun. Bütün millətimin hüzurunda meydan oxuyuram. 8 iyulun səhərisi, əgər AK partiyası iqtidarını davam etdirə bilməzsə, ən böyük partiya olaraq seçimi qazana bilməzsə mən 8 iyulda istefa edəcəm”.
Cia.az
