|
İbrahimoviçin Azərbaycan səfərindən yeni fotolar

Bir neçə gün öncə Azərbaycana gəlmiş tanınmış futbolçu Zlatan İbrahimoviç qeyri-rəsmi səfərindən yeni fotolar paylaşıb.

İsveç millisinin və PSJ-nin hücumçusu öz rəsmi Facebook səhifəsində İsmayıllı dağlarındakı gəzitisindən görüntüləri yerləşdirib. 

Məşhur futbolçunun bu şəkilləri və İsmayıllının ecaskar gözəlliyi sosial şəbəkələrdə insanların marağına səbəb olub. Minlərlə insan fotoları bəyənib və öz səhifələrində paylaşıblar.



Şübhəsiz ki, Zlatan kimi tanınmış məşhur simaların Azərbaycan səfəri ölkəmiz üçün nüfuz qazandırır. Xüsusilə, turizm sahəsini inkişaf etdirmək istəyən Azərbaycan öz təbii zənginliklərini bu cür səfərlər hesabına ön plana çəkə bilər. Son dövrlər Azərbaycan VİP turizm xidmətinə görə bir çox tanınmış insanların diqqətini çəkib. Hətt ərəb milyarderləri də ölkəmizə səfərlər ediblər.



Xatırladaq ki, tanınmış futbolçu Zlatan İbrahimoviç bir müddət öncə Azərbaycana səfər etmişdi. Ulduz futbolçu ölkəmizə qolf oynamaq üçün gəldiyini desə də, sosial şəbəkələrdə onun ov zamanı çəkdirdiyi fotolar yayılmışdı. Hətta Zlatan dostları ilə səfər etdiyi İsmayıllıda ovladığı heyvanların dadına da baxmağı yaddan çıxarmayıb. Kabab qonaqlığına dəvət edilən Zlatan İbrahimoviç azərbaycanlı ovçularla birgə şəkil də çəkdirib. 

Cia.az