Türkiyə parlamentinə keçirilən seçkilərdə Azərbaycandakı Türkiyə vətəndaşları da səsvermə hüququndan istifadə ediblər.
Cia.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, səsvermənin bu ana olan nəticəsinə görə, Azərbaycandan gələn səslərin hələ ki, 42,86 faizi hesablanıb. İlkin nəticəyə görə, CHP səslərin 30,58%-ni toplayaraq hələ ki, liderdir. Hakim AK partiya 29,06%, HDP 20,94%, MHP isə 15,43% səıs toplaya bilib.
Bölgələr üzrə səsvernəyə gəlincə isə Bakı səfirliyində CHP 196 səslə AKP-ni (169 səs), Naxçıvan Konsulluğunda hesablanan səslərə görə, AKP 42 səslə CHP-ni (26) qabaqlayır.

Cia.az
