Daşkəsən rayonunda 1 nəfər azyaşlının əli ətçəkən məişət avadanlığında qalması ilə nəticələnən bədbəxt hadisə baş verib.
Cia.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Xəsarət alan azyaşlı Gəncə şəhəri, Kəpəz rayonundakı xəstəxanaya çatdırılıb və bu haqda Gəncə Regional Mərkəzinə məlumat verilib.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub və köməksiz vəziyyətdə qalmış azyaşlının əli ətçəkən məişət avadanlığından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 23:28-da başa çatıb.
Cia.az
