|
Kürd lider tərəfdarlarına səsləndi

Türkiyədə parlament seçkilərində göstərdiyi nəticə ilə hamını təəccübləndirən Xalqların Demokratik Partiyası (HDP) həmsədri Səlahəddin Dəmirtaş tərəfdarlarına səslənib. 

Demirtaş bu barədə Tvitter sosial şəbəkəsində bunları qeyd edib: 

“Xahiş edirəm heç bir dostumuz, yoldaşımız səlahiyyətli olduğu yeri tərk etməsin. Uğurumuzu qeyd etmək üçün küçəyə çıxmasın. Sevinmək hamımızın haqqıdır, amma hələ yox”.

Dəmirtaşın xəbərdarlığına baxmayaq Türkiyənin kürdlərin kompakt yaşadığı bölgələrdə əhali küçələrə çıxaraq HDP-nin qələbəsini qeyd ediblər. 

Qeyd edək ki, son nəticələrə görə, HDP parlamentdə 78 deputatla təmsil olunacaq.

Cia.az