|
Türkiyədə koalisiya hökuməti ssenariləri

Türkiyə Böyük Millət Məclisində (TBMM) bir partiyanın tək başına hökumət qura bilməsi üçün ümumi millət vəkili sayı olan 550-nin yarısından 1 artıq (276) millət vəkilinə sahib olması lazımdır.  Cia.az-ın məlumatına görə, bu təqdirdə bəzi hökumət ssenariləri bu cür ola bilər: 

1-ci ssenari: Ədalət və İnkişaf Partiyası (AKP) 276 millət vəkili ilə tək başına hökumət qurar. 

Xalqların Demokratiya Partiyasının (HDP) barajı keçdiyi nəzərə alınarsa bir partiyanın tək başına hökumət qurması üçün 45% səs yığması lazımdır. Bu rəqəmə ən yaxın görünən partiya AKP-dir. AKP 45% səs toplaya bilsə yeni hökuməti özü qura bilər. Amma sayılan səsə baxdığımız zaman bu o qədər də mümkün görünmür. 

2-ci ssenari: AKP azlıq hökuməti qurar: 

Millət vəkili sayı 276-dan az olan AKP partiyalardan birinin dəstəyi ilə azlıq hökuməti qurar. Sabiq kommunikasiya və nəqliyyat naziri, prezident Rəcəb Tayyib Ərdoğanın müşaviri Binali Yıldırım seçkidən əvvəl bu ehtimalı səsləndirmişdi. 

3-cü ssenari: AKP – MHP koalisiya hökuməti: 

AKP və Milliyətçi Hərəkat Partiyasının (MHP) millət vəkili sayı koalisiya hökuməti quraraq TBMM-nin dəstəyini almaq üçün kifayət edir. Başda baş nazir Əhməd Davudoğlu olmaqla AKP üzvləri seçki kampaniyası vaxtı CHP və HDP-yə qarşı kəskin, amma MHP-yə qarşı yumşaq üslub nümayiş etdiriblər. Hətta Davudoğlu MHP sədri Dövlət Baxçalının məmləkəti olan Osmaniyədə mitinq keçirərkən iştirakçıların Baxçalıya qarşı şüar səsləndirməsinin qarşısını almışdı. 

4-cü ssenari: AKP – CHP koalisiya hökuməti: 

AKP-nin anamüxalifətdə olan Cümhuriyyət Xalq Partiyası (CHP) ilə koalisiya hökuməti qurmaq ehtimalıdır. CHP lideri Kamal Kılıçdaroğlu seçki kampaniyası müddətində bu ehtimalı kəskin şəkildə qəbul etməyib. 

5-ci ssenari: AKP – HDP koalisiya hökuməti: 

AKP-nin separatçı kürdlərin dəstəklədiyi Xalqın Demokratiya Partiyası (HDP) ilə koalisiya hökuməti qurması gözlənilən olsa da HDP-nin həmsədri Səlahəddin Demirtaş seşki kampaniyası vaxtı AKP ilə hər hansı şəkildə əməkdaşlıq etməyəcəklərini açıqlayıb. 

6-cı ssenari: CHP – MHP – HDP koalisiya hökuməti: 

AKP-nin tək başına hökumət qura bilməyəcəyi parlamentdə bu 3 partiya koalisiya hökuməti quracaq gücə sahib olacaq. Amma MHP ilə HDP-nin belə bir koalisiyada birləşmələri mümkün kimi görünmür. 

7-ci ssenari: HDP-nin dəstəyi ilə qurulacaq CHP – MHP koalisiya hökuməti: 

CHP və MHP-nin mövcud millət vəkili sayı ilə koalisiya hökuməti quraraq TBMM-nin dəstəyini alması mümkün görünmür. İki partiyanın təxminən 220 millət vəkili olacaq. CHP və MHP-nin koalisiyası ancaq azlıq hökuməti ola bilər. AKP və ya HDP-nin yardımı ilə CHP – MHP azlıq hökuməti TBMM-nin dəstəyini ala bilər. 

Bu nəticələrə görə Türkiyəni qarşıdakı günlərdə hökumətin qurulması istiqamətində çətin günlərin gözlədiyini deyə bilərik. 

Cia.az