|
Şahzadə Endryü İlham Əliyevlə görüşə gəlir

Bu gün Britaniya kraliçasının oğlu, Yorq hersoqu, şahazadə Endryü prezident İlham Əliyevlə görüşmək üçün Bakıya gəlir.

Virtualaz.org xəbər verir ki, bu barədə Britaniya mətbuatı yazıb. Azərbaycan prezidentinin dostu kimi tanınan şahzadənin Bakıya səfərinin “şəxsi xarakter daşıdığı” bildirilir və səfərin məqsədləri barədə məlumat verilmir.

Bununla belə məlumdur ki, şahzadə Endryü Britaniyanın ticarət-iqtisadi maraqlarının təmin edilməsi üçün şəxsi əlaqələrindən istifadə edir. Bukinhem sarayından şahzadənin Bakıya səfərini təsdiq ediblər, ancaq bildiriblər ki, kral ailəsinin üzvlərinin şəxsi səfərləri ilə bağlı şərh vermirlər.

Səfərin hansı mənbədən maliyyələşdirildiyi də açıqlanmır. Kral ailəsinin üzvlərinin şəxsi səfərləri Britaniya büdcəsindən maliyyələşdirilmir. Şahzadə Endryü bundan əvvəl də dəfələrlə Bakıda səfərdə olub.