|
Tağı Əhmədov yeni vəzifəyə seçildi

“Bakı Metropoliteni”nin sabiq sədri Tağı Əhmədov Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri seçilib. 

Cia.az-ın azvison.az-a istinadən xəbərinə görə, bu barədə qərar rayon təşkilatının bu gün keçirilən X konfransında qəbul olunub. 

Qeyd edək ki, konfransda sədr müavinləri, Şura, İdarə heyəti, nəzarət-təftiş komissiyasının üzvləri seçilib.

Cia.az