Çinin Yantszı çayında batan sərnişin gəmisində ölənlərin sayı 400 nəfəri ötüb.
Ötən gecədən “Şərq ulduzu” gəmisində axtarış işləri davam etdirilir. İndiyədək 100 nəfərdən çox sərnişin barəsində heç bir məlumat əldə edilməyib.
Sərnişin gəmisi bu həftənin əvvəlində qəzaya uğramışdı. Qəzaya səbəb kimi güclü fırtına göstərilib. Qəza zamanı 14 nəfər özünü suya ataraq xilas ola bilmişdi.
Xilas olunanlar arasında gəminin kapitanı və köməkçisi olub. Çin polisi hadisə ilə bağlı araşdırma aparır və gəmini tərk edən kapitan saxlanılıb.
Cia.az
