|
İŞİD-ə can atan azərbaycanlılar tutuldu

İŞİD terror təşkilatının dəstələrinə qoşulmaq istəyən azərbaycanlılar tutulub.

Onlar Türkiyədən Suriyaya qanunsuz keçərkən saxlanılıblar.

Türkiyə mətbuatının yaydığı məlumatlarda bildirilir ki, Türkiyə-Suriya sərhəddinini qanunsuz keçmək istəyən saxlanılanlar arasında 4 nəfər azərbaycanlı, 13 nəfər Rusiya vətəndaşı var.

Ümumilikdə saxlanılan 18 nəfərdən altısı qadın, səkkizi azyaşlı olub. 

Onların sərhədi İŞİD terrorçularına qoşulmaq məqsədilə keçmək istədiyi bildirilir. 

Cia.az