Əməkdar artist Nahidə Orucovanın evində məskunlaşan və yataq xəstəsi olan xalq artisti Nuriyyə Əhmədova həmkarının evini tərk edib.
Cia.az xəbər verir ki, bu barədə Lent.az-a aktrisa Nahidə Orucova məlumat verib. O bildirib ki, yaradıcılıq işləri çox olduğuna görə N.Əhmədovaya qulluq edə bilməyib:
“Bilirsiniz ki, Nuriyyə xanım xəstədir. Evi olmadığına görə bizdə qalırdı. Amma daha sonra baxa bilmədiyim üçün onu bacısıgilə qoyduq. Hamı bilir ki, mən səhnə adamıyam.Yaradıcılıq işlərimlə əlaqədar olaraq daim qaça-qaçda oluram. Ona görə də mən Nuriyyə xanıma baxa bilmədim”.
Qeyd edək ki, N.Əhmədova yanvarın 23-də gecə saatlarında hipertoniya və qan dövranının pozğunluğu diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Bir müddət xəstəxanada nəzarət olunan aktrisa daha sonra həmkarı N.Orucovanın evində müalicə olunurdu.
