|
Türkiyə tarixi günün bir addımlığında

Türkiyədə parlament seçkisinə 1 gün qalıb. Bu seçkidə partiyalar iqtisadi məsələləri önə çıxararaq xalqın səsini qazanmaq istəyirlər. On ildən artıqdır Türkiyədə iqtidarda olan Ədalət və İnkişaf Partiyası isə bu seçkidə də səsləri 39-la 44 faiz arasında qazanmaq istəyir. Belə olarsa, yenidən təkbaşına iqtidar olub prezidentin səlahiyyətlərini artıracaq referenduma gedə biləcəklər.
7 iyun tarixidə Türkiyədə parlament seçkiləri günüdür. Seçkilərə isə bir gün qalıb. Sabah günortadan etibarən Türkiyədə süküt günüdür. Bütün partiyalar təbliğat və təşviqat kampaniyasını dayandıracaqlar.

Qeyd edək ki, 4 iyun tarixində Türkiyə Mərkəzi Seçki Komissiyası təbliğat və təşviqat kampaniyasını dayandırımaq barədə göstəriş verib. Amma partiyalar buna məhəl qoymayaraq, kampaniyanı davam etdirirlər.

Bu müddət ərzində partiyaların apardıqları təbliğat və təşviqat kampaniyası zamanı qarşıdurmalara şahidlik etdik.

İndiyə qədər ölkədə keçirilən parlamet seçkilərində prezidentlət bu prosesi sadəcə kənardan izləyirdilər. Amma bu seçkilərdə hazırkı prezident Rəcəb Tayyib Ərdoğan çox fərqli bir davranış sərgilədi. Belə ki, prezident görüş zamanı Ədalət və İnkişaf Partiyası üçün seçicilərdən səs istədi.

Müxalifət isə bunun Türkiyə qanunlarına zidd olduğunu bəyan edir.

Bir gün sonra 50 milyon 895 min seçici 165 min sadıqda növbəti 5 il üçün öz siyasi gələcəyinə səs verəcəklər. 

8 iyunda isə Türkiyənin hər yerində siyasi partiyaların, planlaşdırdıqları aksiyaların qarşını almaq üçün böyük şəhərlərdə təhlükəsizlik tədbirləri bir qədər də gücləndiriləcək.

Həm gün Ankarada və İstanbulda 120 min polis gücləndirilmiş iş rejimində çalışacaq. Türkiyə Mərkəzi Seçki Komissiyası isə bütün qanunsuzluqlara qarşı çox ciddi tədbirlər görüldüyü bildirir. 

Cia.az