|
Sumqayıtdan ikinci yanğın xəbəri gəldi:

Virtualaz.org-un hazırda hadisə yerində olan əməkdaşı bildirir ki, yanğının qeydə alındığı ərazi polis tərəfindən mühasirəyə alınıb və ora heç kim buraxılmır.

Hadisənin şahidlərindən bəziləri isə bildiriblər ki, xatirə tağı 2-3 nəfər tərəfindən yandırılıb və onlar polis gələnə qədər aradan çıxa biliblər.

*   *   *22:18

Bu dəqiqələrdə Sumqayıtda daha bir yanğının baş verdiyi barədə xəbər yayılıb.

Sosial şəbəkədə yayılan məlumatda bildirilir ki, şəhərdəki Azərbaycan bayrağının təsvir olunduğu və ümummilli lider Heydər Əliyevə məxsus fikrin yazıldığı tağ yanıb.

Məlumata görə, həmin tağ tezalışan poliureatandan hazırlanıbmış.

Yeri gəlmişkən, Bakının Xətai və Binəqədi rayonlarında yanan binalar məhz həmin materialla üzlənmişdi.

*   *   *21:44

Sumqayıtda yerləşən “Karvan” ticarət mərkəzi yenidən yanır.

Bu barədə hadisə şahidləri məlumat verib.

Bildirilir ki, ticarət mərkəzində təmir işləri gedirdi. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Xatırladaq ki, “Karvan" ticarət mərkəzi bundan əvvəl də bir neçə dəfə yanıb.

Cia.az