Bu gün Muzey Mərkəzində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Bakı I Avropa Oyunları Təşkilat Komitəsinin (BEGOC) icraçı direktoru Saymon Kleqin iştirakı ilə Avropa Oyunlarına həsr olunmuş təqdimat mərasimi keçirilib.
Virtualaz.org saytı xəbər verir ki, tədbirdə dünyada şokoladdan hazırlanmış ən böyük əsər təqdim edilib. 3D formatındakı rəsmi “Nikolya” Şokolad Muzeyinin rəhbəri Nikolay Popov hazırlayıb.
Avropa Oyunlarına həsr olunmuş rəsmdə Azərbaycan bayrağı, gerbi və Avropa Oyunlarının simvolu əks olunub. Ümumi çəkisi 200 kq olan şokolad-rəsmin eni 3 metrdən çoxdur.
Müəllif N.Popov açıqlamasında bildirib ki, rəsmi hazırlayanda ən böyük çətinliyi gerbi düzəltmək olub: “Bu eksponatı hazırlamağa bir ay vaxt sərf edilib. Rəsmi necə çəkmək, hazırlıq işləri və s. kifayət qədər vaxt tələb edir. Ən çətin iş isə oradakı rəsmləri orijinalına oxşatmaq olub. Bu baxımdan ən böyük çətinlik gerbin hazırlıq prosesi idi. Belə ki, onun üstündəki bəzəklər, yarpaqlar və s. detalların dəqiq yaradılması əziyyət tələb edir”.
Rəsm əsərin ağ, qara və südlü şokoladdan hazırlanıb. Onun bəzədilməsi zamanı qida boyalarından istifadə olunub.
Qeyd edək ki, N.Popovun rəhbərlik etdiyi “Nikolya” Şokolad Muzeyi 40-dan çox ölkəyə getdiyi dünya turu çərçivəsində Bakıda da sərgisini keçirir. Mayın 16-da başlayan sərgi iyunun 28-dək davam edəcək.






Cia.az
