|
İkimərtəbəli qatar alan qurum qaynar xətt yaratdı

Azərbaycan Dəmir Yolları “Qapalı Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələrin gücləndirilməsi, dəmir yolu nəqliyyatında sərnişinlərə və digər hüquqi şəxslərə göstərilən xidmətin səviyyəsinin müasir standartlara çatdırılması məqsədilə daxil olan müraciət və sorğuların qəbulu, operativ cavablandırılması üçün qaynar xətt yaradılıb.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib ki, Qaynar xəttin nömrəsi 1822-dir.

Yığım qaydası aşağıdakı kimidir:

Bakı şəhərinin sabit telefon şəbəkəsi abunəçiləri və mobil telefon abunəçiləri üçün "1822", bölgədəki sabit telefon şəbəkəsi abunəçiləri üçün isə "012 1822" yığılmalıdır.

Cia.az