Noyabrın 12-də Nizami Kino Mərkəzində C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının ən uğurlu uşaq filmlərindən sayılan “Sehirli xalat”ın ekranlara çıxmasının 50 illiyi qeyd olunub.
Axşam.az xəbər verir ki, Mədəniyyət və Turizm nazirliyinin təşkilatçılığı ilə baş tutan yubiley tədbirində filmin rejissoru Əlisəttar Atakişiyev, ekran əsərində çəkilmiş Əliağa Ağayev, Möhsün Sənani, Ağahüseyn Cavadov, Anatoli Falkoviç, Hüseynağa Sadıxov kimi sənətkarlar yad edilib, çəkilişlərdə baş verən maraqlı hadisələrdən söz açılıb. Cavid İmamverdiyevin hazırladığı ssenari əsasında çəkilmiş videoçarx və Nizami rayonunun Mədəniyyət Mərkəzinin əməkdaşı Rəna Kərimovanın rəhbərlik etdiyi uşaq qrupu öz mahir çıxışları ilə tamaşaçıları sevindiriblər.
Təqdimat mərasimində mədəniyyət və turizm nazirliyinin əməkdaşları, sənət adamları və digər qonaqlar iştirak edib. Qonaqlar Nizami Kino Mərkəzinin foyesində əfsanəvi filmlə bağlı Dövlət Film Fondunun təşkil etdiyi foto sərgi ilə də tanış olublar.
