|
“Bu sərəncam prezidentin mətbuata verdiyi dəyərdir”-

Avropa Oyunları və Azərbaycan mətbuatının 140 illiyi ərəfəsində Azərbaycan prezidenti İlham Əliyevin ictimai-siyasi məsələlər üzrə köməkçisi və Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov media rəhbərləri ilə görüş keçirib. 

Cia.az-ın tədbirdə iştirak edən əməkdaşının verdiyi məlumata görə, Əli Həsənov çıxışında bildirib ki, İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkə tarixində önəmli səhifədir:

"Bu, Azərbaycan tarixinə yazılacaq hadisədir. Kimin necə münasibət göstərməsindən asılı olmayaraq, bu, Azərbaycanın tarixinə yazılacaq, çünki münasibətlər keçicidir".

Prezidentin köməkçisi ölkə başçısının mətbuatın 140 illik yubileyi ilə bağlı verdiyi sərəncama toxunub və bu sərəncamın prezidentin mətbuata, junalistikaya verdiyi dəyər kimi qiymətləndirib.

Daha sonra Əflatun Amaşov prezidentin mətbuatla bağlı verdiyi son sərəncamın digərlərindən əhatəliliyinə və qarşıya qoyulan tapşırıqlara görə fərqlənəcəyini deyib.

Cia.az