|
Amerikalılar donur

Amerika Birləşmiş Ştatlarında kəskin soyuqlar müşahidə olunur.

ANS PRESS-in məlumatına görə, ABŞ-ın Kolorado ştatında yağan qar nəqliyyatın hərəkətin yavaşladıb. Ştat ərazində havanın temperaturu -9 dərəcəyə qədər düşüb.

Denver şəhərində hava limanı əməkdaşları gücləndirilmiş iş rejimində çalışıblar. Təyyarələrin mühərrikləri buz bağladığından reyslərdə ləngimələr olub.

Ölkənin milli hava xidməti gün ərzində tempratur -10 dərəcədən aşağı düşəcəyi təqdirdə bunun 1916-cı ildən indiyə kimi minimum hədd olacağını deyiblər.