|
Əhməd Davudoğlu taksi sürücüləri ilə çığırtma yedi

Ötən gün helikopterlə İstanbuldan Edirnə şəhərinə getməyə hazırlaşan Türkiyənin baş naziri Əhməd Davudoğlu “Atatürk” hava limanının taksi dayanacağında olub.

Baş nazir dayanacaqda sürücülərlə çay içib və pomidor çığırtması yeyib.

Taksi dayanacağında sürücülərlə söhbət edən Davudoğlu “çayı özünüzmü dəmləyirsiniz, çığırtma da varmı?” – deyə zarafatyana soruşub. Sürücülər isə birağızdan “var” deyərək baş nazirdən bir az gözləməsini xahiş ediblər.

taksi dayanacağının əməkdaşları Davudoğlunu çay, pomidor çığırtması və türk paxlavasına qonaq ediblər. Pomidor çığırtmasını əli ilə yeyən baş nazir sürücülərin problemlərini də dinləyib və onlara yardım vəd edib.

Daha sonra sürücülərlə xatirə şəkli çəkdirən Əhməd Davudoğlu taksi dayanacağından ayrılıb.

Cia.az