Azərbaycanda keçiriləcək Bakı 2015 I Avropa Oyunlarında iştirak edəcək ölkələrin idmançıları ölkəmizə gəlməkdə davam edir.
Artıq İspaniya, Britaniya, İsrail və İsveçin nümayəndə heyətləri Bakıya ayaq basıb.
Nümayəndə heyətlərini Heydər Əliyev Hava Limanında “Bakı-2015” I Avropa Oyunları Əməliyyat Komitəsinin rəsmiləri və könüllülər qarşılayıb. Xarici qonaqlara onlar üçün ayrılmış xüsusi avtobuslarla "Media kəndi"nə yola salınıblar.
Qeyd edək ki, buna kimi Bakı 2015 I Avropa Oyunlarında iştirak edəcək ölkələrdən Portuqaliya, Almaniya və İrlandiyanın idmançıları ölkəmizə gəlib.
Xatırladaq ki, Bakı 2015 I Avropa Oyunları 12-28 iyun tarixlərində Azərbaycanda keçiriləcək. Oyunlarda 20 idman növü üzrə 6 min idmançı iştirak edəcək.
Cia.az
