|
Pakistanda sel fəlakəti-

Pakistanın Beloçistan əyalətində şiddətli yağışlar sellə nəticələnib. 

Cia.az Cihan-a istinadən xəbər verir ki, Kuzdar şəhərində sərnişin avtobusu sels sularına qərq olub, 22 nəfər itkin düşüb.  

Verilən məlumata görə, axtarış-xilasetmə işlərindən sonra 16 nəfərin meyiti tapılıb. 6 nəfərin taleyi barədə hələlik məlumat yoxdur.

Ölkənin baş naziri Navaz Şərif ölənlərin ailəsinə başsağlığını bildirib, xilasetmə işlərinə şəxsən nəzarət etdiyini söyləyib.

Cia.az