BMT Təhlükəsizlik Şurası Ukraynadakı vəziyyətlə əlaqədar növbədənkənar iclas keçirəcək.
BMT TŞ-nın iclası Litvanın təşəbbüsü ilə keçiriləcək.
İyunun 5-də keçiriləcək iclasda ATƏT-in xüsusi müşahidə qrupunun nümayəndələri və BMT baş katibinin siyasi məsələlər üzrə müavini Cefri Feltman çıxış edərək, Ukraynadakı vəziyyətlə bağlı məlumat verəcəklər.
Qeyd edək ki, son günlər Ukraynada vəziyyət yenidən nəzarətdən çıxıb. Separatçılar Ukrayna Ordusunun mövqelərinə aramsız hücumlar edirlər.
Cia.az
