|
Moldovalı səfir Bakıdan getdi

Moldova Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri İqor Bodiunun diplomatik fəaliyyətyi başa çatıb.
XİN-nin mətbuat xidmətindən bildirilib ki, xarici işlər naziri Elmar Məmmədyarov bununla əlaqədar səfir İqor Bodiun ilə görüşüb.
Görüş zamanı nazir Elmar Məmmədyarov səfir İqor Bodiuna fəaliyyəti dövründə Azərbaycan və Moldova arasında münasibətlərin daha da inkişafına verdiyi töhfəyə görə təşəkkür edib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Diplomat Azərbaycandakı fəaliyyəti dövründə ona yaradılan şəraitdən məmnunluğunu, günbəgün inkişaf edən Bakını daim xatırlayacağını söyləyib.

Cia.az