|
Bakıda heyvan fermasında insanlığa sığmayan əməl

Azərbaycanda sahibkar heyvan fermalarında insana qarşı vəhşilik edilib. İnsan Alverinə Qarşı Mübarizə İdarəsindən verilən məlumata görə, may ayının 2-də 41 yaşlı Ağdam sakini Feyruz Zeynalovun ailəvi sahib olduqları Bakının Xəzər rayonundakı heyvandarlıq fermasında əməliyyat keçirilib.

Keçirilən əməliyyat zamanı orada insanların məcburi əməyə məruz qalması faktı müəyyən edilib.

Eyni zamanda İmişli və İsmayıllı rayonlarında yerləşən heyvandarlıq fermalarında da yoxlamalar aparılıb. Həmin fermalarda da, Feyruz Zeynalovun insanları orada məcburi əməyə məcbur etdiyi aşkarlanıb.

İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşları tərəfindən sahibkar saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Cia.az