|
Dövlətdən yazarlara yaşıl işıq

Azərbaycanda elm və ədəbiyyat adamlarının yeni çap olunan kitabları Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Yaradıcılıq Fondu tərəfindən alınaraq ölkə əhalisinin maarifləndirilməsi üçün paylanacaq.

Cia.az xəbər verir ki,  Prezident yanında Bilik Fondu bu addımı ilə kitabları Bilik Fondunun hər bir rayonda fəaliyyət göstərən nümayəndələri vasitəsilə regionlarımıza çatdıracaq, Multikulturalizm Mərkəzi isə hazırda formalaşdırmaqda olduğu kitabxanasını zənginləşdirəcək, Azərbaycan Yaradıcılıq Fondu isə bu fəaliyyəti ilə xüsusən qələm adamlarına dəstək olacaq.

 

Bu qurumlar kitablarının yayılmasına dəstək göstərdiyi şəxslərin və başqa qələm sahiblərinin həm ölkəmizdə, həm də xaricdə kitablarının ictimaiyyətə tanıdılması ilə bağlı müxtəlif təqdimat tədbirləri və xüsusən Azərbaycanın gənc yazarlarının xarici ölkələrdə yaşayan gənc həmkarları ilə görüşlərini də təşkil etməyi planlaşdırır. Sözügedən qurumlar ilk mərhələdə Şehriyar del Geraninin "darıxmağın adı" şeirlər və esselər kitabını satın alaraq paylamağa qərar verib. Proses digər elm adamları və yazıçı, şairlərin də kitablarının satın alınması ilə davam edəcək.

Cia.az