Şəki rayonunda 45 yaşlı qadın ağaca çıxarkən yıxılaraq ağır xəsarət alıb. Hadisə dünən günorta saatlarında rayonun Keşməli kəndində baş verib.
Kənd sakini 1970-ci il təvəllüdlü Qızılgül Cabbar qızı Əliyeva həyətindəki qoz ağacına çıxarkən ehtiyyatsızlıqdan yıxılıb. Qadın ağaca mürəbbə hazırlamaq məqsədi ilə tam yetişməmiş qoz yığmaq üçün çıxmaq istəyirmiş.
Yıxılan qadın ağır yaralanıb. Qızılgül Əliyevanı dərhal Şəki rayon Mərkəzi Xətstəxanasına çatdırılıb. Həkimlər qadını müayinə ediblər və məlum olub ki, Qızılgül Əliyevanın onurğa beyni zədələnib. Onun vəziyyəti ağır olduğundan Bakıdaki xəstəxanalardan birinə göndərilib.
Cia.az
