|
Kök polislər işdən çıxarılacaq

İngiltərə polis nazirliyi - Skotlənd-Yardın komissarı Bernard Hoqan-Hou deyib ki, Londonda artıq çəkili polislər işləməməlidir. Artıq çəkili polislər işdən dərhal uzaqlaşdırılacaqlar: “Ya da artıq çəkidən əziyyət çəkən polislərə vaxt verilməlidir ki, onlar formaya düşsünlər. Əks halda onlar bu iş üçün yararlı sayılmayacaqlar”. 

Bundan başqa, Hoqan-Hou London polislərinin fiziki hazırlıqla bağlı testləşdirmə standartlarını da tənqid edib. Deyib ki, tələblər çox aşağı səviyyədədir. Onun sözlərinə görə, polislər qarşısında qoyulan tələblər çox aşağı səviyyədədir və o, özünün 57 yaşında asanlıqla, heç bir hazırlıq olmadan bu testlərdən keçə bilir. 
Cia.az