|
PKK terrorçuları Çaldıranda 4 qız şagirdi qaçırdı

Türkiyə Van vilayətinin Çaldıran rayonunda litsey şagirdi olan 4 qız PKK terrorçuları tərəfindən qaçırılıb. 
Cia.az-ın yerli mətbuata istinadən verdiyi xəbərə görə, məktəbə aid yataqxanada qalan həmin qızların mayın 27-dən itkin düşməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub. 
Hazırda polis PKK terrorçuları tərəfindən qaçırıldığı güman olunan yaşları 16-17 arasında olan 4 qızın tapılması üçün əməliyyatlara davam edir. 
Bundan əvvəl isə PKK terrorçularının Çaldıranda 3 nəfəri aldadaraq özlərinə aid düşərgəyə aparmaları barədə məlumat yayılmışdı. Həmin şəxslərin isə mayın 12-dən itkin düşdüyü bildirilir. 

Cia.az