|
Samuxun Lüksembur kəndində dəhşətli yanğın

Samux rayonu, Lüksemburq kəndində dəhşətli yanğın hadisəsi baş verib. 
Cia.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, rayon mərkəzindən 27 km aralı olan kənd ərazisində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 10 ton ot bağlamasının 8 tonu və bitişik tikilmiş ümumi sahəsi 100 kv.m olan talvarın yanar konstruksiyaları yanıb. 

Yanğın zamanı tövlədən 22 bas iribuynuzlu və 150 bas xırdabuynuzlu heyvan xilas edilib. 

Yanğından yaxınlıqdakı tikililər mühafizə olunub. 

Yanğınsöndürənlər tərəfindən yanğın hadisəsinin qarşısı alınıb. 

Cia.az