"Bloomberg" agentliyi dünyanın ən zəngin insanlarının reytinqini dərc edib.
Siyahının birincisi "Microsoft" şirkətinin təsisçisi, 85,5 miyard dollar ilə Bill Qeytsdir.
İspan milyarderi Amansio Orteqadır (71,5 milyard dollar) isə ikinci pillədədir. Üçüncü pillədə Uorren Baffet 70,2 milyard dollarla qərarlaşıb.
İlk 100-lükdə yeddi Rusiya milyarderi də var. Vladimir Potanin 55-ci (sərvəti 15,8 milyard dollar), Viktor Vekselberq 57-ci (15,5 milyard dollar), Aleksey Mordaşov 68-cidir (14,5 milyard dollar).
Alişer Usmanov (14,2 milyard dollar), Leonid Mixelson (13,8 milyard dollar), Mixail Fridman (13,4 milyard dollar) və Roman Abramoviç (12,4 milyard dollar) də siyahıdakı ilk yüzlüyə daxildir.
Əslən azərbaycanlı, “LUKOİL”un prezidenti Vahid Ələkbərov 9,4 milyard dollar sərvəti ilə 143-cü pillədədir.
Cia.az
