|
Altı yaşlı uşaq 7-ci mərtəbədən yıxıldı

Bu gün səhər balaca qız uşağı hündürmərtəbəli binadan yıxılıb. Hadisə Rusiyanın Tümen şəhərində baş verib.

Altı yaşlı qızcığaz yeddinci mərtəbədən yıxılıb. Xoşbəxtlikdən balaca qız sağ qalıb və o, yerli xəstəxanalardan birinə aparılıb.

Hadisə ilə əlaqədar istintaq aparılır. Hadisənin necə, hansı şəraitdə baş verdiyi araşdırılır. Körpənin vəziyyəti haqqında da əlavə heç bir məlumat yoxdur.

Cia.az