|
Prezidentin ünvanına yeni təbriklər gəlib

İspaniyanın Kralı VI Felipe, Roma Papası Fransis, İran prezidenti Həsən Ruhani və Xorvatiya prezidenti xanım Kolinda Qrabar-Kitaroviç Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndəriblər.

Onlar Azərbaycan dövlətinin başçısını milli bayram - Respublika Günü münasibətilə təbrik edib, dost Azərbaycan xalqına sülh və rifah arzulayıblar.

Təbrik məktublarının hər birində əminlik ifadə edilir ki, ölkələrimiz arasındakı gözəl dostluq münasibətləri xalqlarımızın qarşılıqlı mənafeyi istiqamətində ikitərəfli, regional və beynəlxalq səviyyələrdə bundan sonra daha da genişlənəcək. Ümidvarıq ki, Azərbaycan ilə dostluq və əməkdaşlıq uzun illərə söykənir. Qarşıdakı dövrdə əlaqələr daha da möhkəmlənəcək, xüsusilə iqtisadi sahədə daha geniş əməkdaşlıq yaradılacaq.

Cia.az