|
1000-ə yaxın adam karantinə alındı

Cənubi Koreyada Yaxın Şərq Tənəffüs Sindromuna yoluxan 2 xəstə dünyasını dəyişib. Beləliklə, paytaxt Seulda MERS virusundan ölənlərin sayı 30-a çatıb. Daha 2 nəfərin MERS virusuna yoluxduğu aşkar edilib. 

Cənubi Koreyada bu virusa yoluxmuş ilk xəstə Bəhreyn, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində səfərdə olan 68 yaşlı kişi olub. Epidemiya ilə əlaqədar 1000-ə yaxın adamın karantinə alındığı və təcrid edildiyi bildirilir. 

Yaxın Şərq Tənəffüs Sindromu qızdırma, öskürəklə müşayiət edilir və pnevmaniya və böyrək xəstəliklərinə yol açır. MERS virusuna qarşı hələ ki, heç bir vaksin yoxdur. Bu virus ilk dəfə 2012-ci ildə Səudiyyə Ərəbistanında qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı virusun insanlara dəvələrdən yayıldığını bildirir. İnsanlar arasında virus öskürək və maye yolu ilə yayılır.

Cia.az