İranda gənc rəssam parlament üzvlərinin heyvan formasında karikaturasını çəkdiyinə görə 12 il 9 ay azadlıqdan məhrum edilib.
28 yaşlı Atena Farkhadani karikaturada səs verən parlament üzvlərini meymun və digər heyvanlar kimi çəkərək qadınların uşaq dünyaya gətirmələrinin məhdudlaşdırılmasına və digər məsələlərə etirazını nümayiş etdirib.
Rəssamın ailəsi və vəkili bu hökmdən apelyasiya şikayəti verəcək.
Cia.az
