|
Azərbaycanda güclü zəlzələ baş verdi

Azərbaycanda 5 bal gücünə yaxın zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar 14:32-də Şamaxı ərazisində Şamaxı-İsmayıllı sərhəddində qeydə alınıb. 

Təkanlar bölgədə yaşayan insanlar tərəfində də hiss olunub. Yerin 5 km dərinliyində qeydə alınan zəlzələnin maqnitudası 4,6 bal gücündə olub.

Xatırladaq ki, bundan 8 gün öncə Mingəçevirdən 33 km qərbdə Goranboy-Yevlax sərhədində zəlzələ qeydə alınmışdı. Zəlzələ episentrdə 4.0 bal, yaxın yaşayış məntəqələrində 4.0-3.0 bala qədər hiss olunmuşdu.

Cia.az