|
Yataqda ancaq sevişin!

Sevdiyimizlə paylaşdığımız ən özəl nəsnə yatağımızdır. Ancaq yataqda elə hərəkətlər edirik ki, bu, seksuallığımızı öldürdüyü kimi, bütün həvəsimizi də qaçırır.

Seksdən soyudan hərəkətləri təqdim edirik. Cinsi həyatınızın öldüyünü düşünürsüzsə, bunlara nəzər yetirin, bəlkə siz də bilmədən eyni hərəkətləri edirsiz. 

Pult sevgini öldürür. Yataq otağındakı televizor və pult romantikanın düşmənidir. Sağlam bir münasibət üçün yataq otağınızı ancaq seks və yuxu üçün istifadə etməlisiz. Əlbəttə, yataqda uzanaraq sevdiyiniz proqramı izləmək daha əyləncəli ola bilər. Ancaq yataqda sevdiyinizə daha çox diqqət ayırmalı, onunla maraqlanmalısız. Üstəlik yataqda pult kimin əlidədirsə, onun istədiyi kanal seyr edilir, bu da qarşı tərəfi əsəbləşdirdiyi üçün yataqda soyuq yellər əsə bilər. Digər tərəfdən isə hər ikiniz də diqqətlə kinonu izlədiyinizdən bir-birinizlə sevişmək bir kənara, bir-birinizlə söhbət etməyi belə unudursuz, sonda yorğun halda yatırsız.

Yataqda yemək yemək heç seksual deyil. Yataqda səhər yeməyi yemək romantik hesab edilsə də, nəticələri heç də xoş olmaya bilər. Çörək qırıntıları, çay, qəhvə ləkələri xoşagəlməz bir ortam yaratmış olar. Yemək ləkələri sevişmə öncəsi zövqü azalda bilər. Yeməkdən sonra da dişləri fırçalamadan, əlləri yumadan yataqda olmaq qarşı tərəfin seks arzusunu öldürəcək.

Susmayan mobil telefonlar. Bu hal sevgilinizin səbrini daşıra bilər. Yataqda uzanıb dostlarla telefonda dedi-qodu etmək qulağa xoş səslənir. Ancaq danışığı çox uzatmamaq lazımdır. Yanınızda uzanıb sizi gözləməkdən səbri tükənən biri varsa, dedi-qoduya son verib onunla maraqlanmanızın vaxtı yetişib demək. Ən ehtiraslı anda gələn mesaja, ya zəngə “bir dəqiqə, mühüm ola bilər, cavab verim”, - demək sevgilinizi əsəbiləşdirə bilər. Buna görə yatağa sadəcə sevgilinizlə maraqlanmaq üçün girmək sağlam bir münasibət üçün daha önəmlidir.

Sevimli ev heyvanları. Pişik və itlər sevgilinizlə aranızın pozulmasına səbəb ola bilər. Heyvanları sevirsiz, evinizdə it, pişik saxlayırsız, bəs sevgiliniz? Gecəni sizinlə keçirmək istəyən sevgiliniz sizinlə yatmağa vərdiş etmiş itinizə nə deyəcək? Bədəninizə toxunmaq istəyən sevgiliniz itin hücumları ilə sarsıla bilər. Buna görə yatağınızı sevimli dostlarınızla bölüşməyi vərdiş etməyin.

Yataqda siqaret çəkməyin. İlk əvvəl həm yataq otağına, həm də bədənə çökən pis qoxu sevgilinin libidosunu azalda bilər. Sevişmək deyincə isə ağıla xoş qoxulu bir ortam gəlir. Təmiz, xoş qoxulu sevgiliyə sarılmaq istəyən biri ağzından siqaret iyi gələn birindən uzaqlaşacaqdır. Siqaret ləkələri yataqdan alınan zövqü azalda bilər.

Kompüterin yataqda nə işi var? Dizüstü kompüterlərin həyatımızı asanlaşdırdığı məlumdur. Ancaq onları doğru yerdə və zamanda istifadə etməyi bilməliyik. Bütün günü işdə də onunla vaxt keçirib, işdən sonra da gəlib yataqda kompüteri açıb e-maillərə baxmanız, ya mesajlaşmanız yataqda uzanıb ona diqqət ayırmanızı gözləyən sevgilinizi özündən çıxara bilər. Kompüteri yatağa salmayın. Bir də uşaqlıqdan bəri hər gecə yatdığınız sevimli oyuncağınızı da bir kənara qoyun. Ehtiraslı bir gecə yaşamaq istəyən kişinin qarşısında oyuncağa sarılıb yatan sevgilisini görməsi heç xoş deyil.

İpək yataq örtüklərində sevişmək məharət istəyir. İpək örtüklər ilk baxışdan romantik bir gecəyə çağırış kimi görünsə də, sonradan müəyyən səbəblərdən dolayı problem yarada bilir. Sürüşkən olan bu ipəyin üzərində sağdan sola fırlanmaq çətindir, nəinki fərqli pozisiyalara keçmək. Onsuz da bir az sonra ehtiraslı sevişməni yarıda buraxıb ipəyin sürüşməsini əngəlləmək üçün yollar axtaracaqsız.

Uşaq pijamaları seksuallığı öldürür. Sevginin, romantikliyin, cinsəlliyin yeri olaraq bilinən yatağa seksual alt paltarlarında girməniz seksdən aldığınız zövqü artıra bilər. Sevgiliniz sizi soyundurarkən uşaq alt paltarında görməsi bütün erotikanı söndürə bilər. Seksual qadın olsanız belə, ayı şəkilli pijamada sevgilinizi ehtiraslı bir gecəyə dəvət edə bilmərsiz.

Sevişin. Yataq kitab oxumaq üçün idealdır. Yatmadan əvvəl bütün problemlərinizi unutduracaq maraqlı kitabın vərəqlərinə qərq olub yuxuya dalmaq maraqlı olsa da, yanınızda sizi öpmək istəyən biri varsa, vəziyyət dəyişir. Bütün məsələlərin müzakirəsini yemək süfrəsində, televizor izləyərkən edə bilərsiz. Yataqda ancaq sevişin! 

Cia.az