|
Azərbaycan mətbəxi Moldovada

Azərbaycanın Moldovadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə noyabrın 21-dən 25-dək Kişineuda Azərbaycan Mətbəxi Günləri keçiriləcək.

Bu barədə AzərTAc-a diplomatik nümayəndəliyimizdən məlumat veriblər. Azərbaycan günləri çərçivəsində kişineulular və paytaxtın qonaqları Azərbaycan xalqının zəngin kulinariya mədəniyyəti ilə yaxından tanış olacaq, dünya şöhrətli aşpaz, Azərbaycan Milli Kulinariya Assosiasiyanın prezidenti, UNESCO yanında profil Komitənin sədri Tahir Əmiraslanovun başçılığı ilə ən yaxşı aşpazlarımızın bişirdikləri cürbəcür təamları dadacaqlar.

Azərbaycan yeməklərinin, içki və şirniyyatının təqdimatı və dequstasiyası Moldava paytaxtının ən populyar restoranlarında olacaq.