|
Bakının bu yolları "Bakı-2015"ə görə bağlanır

Paytaxtda daha bir neçə yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılır.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, Heydər Əliyev prospektinin Babək qovşağından Sabunçu qovşağınadək olan hissəsi 6 iyun tarixində axşam saat 16:00-dan növbəti gün gecə saat 2:00-dək ümumi nəqliyyatın hərəkətinə bağlı olacaq.

Eyni zamanda, Mehdi Hüseyn küçəsinin Parlament prospekti dairəsindən Teymur Elçin küçəsi ilə kəsişməsinədək olan hissəsi 6 iyun tarixində axşam saat 16:00-dan növbəti gün gecə saat 02:00-dək ümumi nəqliyyatın hərəkətinə bağlı olacaq.

Bu, 12 iyunda başlanacaq Bakı-2015 Avropa Oyunlarından öncə həmin gün Olimpiya Stadionunda keçiriləcək sınaq tədbiri ilə əlaqədardır.

Cia.az