Fransada velosiped gəzintisi zamanı ayağını sındıran Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri bu gün vətəninə qayıdıb.
Kerri Massaçusets ştatının Boston şəhərində təyyarədən enən kimi, dərhal Massaçusets Ümumi Xəstəxanasına aparılıb. Dövlət katibi burada ayağından əməliyyat olunacaq.
ABŞ Dövlət Departamentinin məlumatına görə, Con Kerri vətənə dünən axşam qayıtmağı planlaşdırırdı, lakin həkimlər ona əlavə müayinə üçün Cenevrə xəstəxanasında bir gün də qalmağı tövsiyə ediblər.
71 yaşlı Con Kerri ayağını Alp dağlarının Fransa ərazisindəki hissəsində gəzinti zamanı zədələdikdən sonra vertolyotla Cenevrə xəstəxanasına çatdırılmışdı. Ayağının sınması ilə əlaqədar, ABŞ dövlət katibi yaxın günlərdə Madrid və Parisə nəzərdə tutulan səfərlərini ləğv etməli olub.
Cia.az
